TƏBİB "28 May" stansiyasında baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb

17:00 02.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, bu gün "28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb və yerindəcə dünyasını dəyişib.